Postmodern ədəbiyyat vahəsi

     Nişanlılar, ləpələri  daim  beton  səddə  çırpılan  dənizin  sahilində  görüşdü.  Bura  park  idi,  döşəməsi  beton  səddən  başlayırdı.  Hər  ikisinin  saçına  dən  düşmüşdü.  Əl - ələ   tutub  xırda, bəlkə də qayğılı addımla  gəzirdilər.  Arabir  hörmətlə  baxışıb  gülümsünürdülər.  Bir də  beton  döşəməli  parkın  toranına   kiçik  cümlələr  səpələnirdi. Bəzən  qızın  çöhrəsindən güclə  sezilən  əsəbilik keçirdi.  Görüşdən  əvvəl  qız  gözünün  ətrafında  əmələ   gələn  qırışlara  uzun – uzadı  baxmışdı.  Həftədə  bircə  dəfə   görüşmək  imkanları  olurdu. Həm  oğlanın,  həm    qızın  çətin    ağır  işi  vardı. 

     Nəhəng   skamyanın  küncündə oturdular. Oğlan  qızın  cod  əllərini  özünün  iri  cod  ovcuna  aldı.  Bacardığı  qədər  nəvazişli  sözlər  deməyə  çalışdı.  Sonra  bir  qədər  yöndəmsiz    olsa  öpüşməyə  başladılar.  Birdən  qız  dodaqlarını  çəkdi.  Cəld  üzr  istəyib  üzünü  yana  çevirdi.  Uzun – uzadı  öskürdü.  Utana – utana   təkrar  üzr  istədi.  Oğlan  ərkyana  qızı  özünə  çəkdi. 

     Bu  dəfə  oğlan  dodaqlarını  çəkdi.  Heç  üzr  istəməyə  macal  tapmadı.   Kəsik – kəsik   xeyli  öskürdü.  Sonra  cib  yaylığını  cıxarıb  ağzını  silə - silə  qıza  baxdı.  Hər  ikisini  gülmək  tutdu. 

                                            *    *    *         

      Mübarizə  başlayan  andan  əqidəyə  köləlik    başlar.

                                            *    *    * 

     Qızmarda  gəzib   istidən  gileylənmə. 

                                             *    *    *

    Dar  yolda  sağı  tutub  gedən  sürücüylə,  bütöv  yolu  tutub  gedən  sürücü  arasında   yəqin  ki  fərq  var. 

     Yəqin  ki,  korların  da öz fənəri   var.  

                                              *    *    *  

     Meşələri  yarıb  uzanan  şosedə,  yaxud  lap  elə  kənd    şəhər  küçələrində asfalta  yapışıb  quruyan  heyvanları  tez – tez   görmək  olar.  Baxmayaraq  ki,  heyvanlar  insana  nisbətən  çox  cəld   və çevikdi. 

     Bəs  onda  niyə  üstünə  şütüyən  hədəfdən  yayına  bilmir? 

    Heyvan  yalnız  bir  halda  özündən  qüvvətli  hücumu  dəf  eləmək  istər – ovunu  bölüşmək  istəmədikdə. 

    Ona  görə    ey  adamlar,   yeməli  şeyləri  yola  atmayın.

                                               *    *    *

     Kənd  çayxanaları  ayrı  aləmdi.   Bir  dəfə  səmimi   şerlər  yazan    dadlı  bamiyələr  bişirən    dostumla  nərd   atmaq  istədik.  Zərin  birini  götürüb  atdım.  Şeş  düşdü. O,  tərəddüd  eləmədən  özündəki  zəri  mənə  uzadıb  dedi: 

        Mən   şeşə  zər  atmıram. 

                                               *    *    * 

      Bizim   kəndin   məscidindəki  minbərin  qabağında  tribuna  da  vardı.  Cümə  günü xütədən  əvvəl  fiqhə  aid   sual – cavab  olurdu. 

      “Hər  bir  müsəlman  öz  ölkəsinin  yolu  ilə  getməlidi.”    bir  dəfə  imam  sual – cavabın  sonunda  belə  demişdi.  Sonra  xütbə  oxumaq  üçün  minbərə  qalxmışdı.

                                                 *    *    * 

     Yalnız   yemək  stolu,   bütün  ailənin  ğündə  bir  neçə  dəfə  yığışdığı  yeğanə  yerdi.                        

Davamı...

Açar sözlər:

Yazar: pervizyusif | Tarix: Avqust 4, 2008 13:06 | Bölməsiz | Şərhlər(17) | Baxış sayı: 441

Qabaqki yazılar

  Yazılar cəmi: 1