Reklam verin!
Yuma Ailə Jurnalı
Postmodern ədəbiyyat vahəsi

                                                                                                                                                                                                

     Sətirlərinə    iztirab    səpələnən   hekayəmi   bir   qıza    oxuyanda  kövrəldim.   Nəmli   baxışlarından  sonsuz    mərhəmət   yağan    qızsa özünü  saxlaya   bilməyib   ağladı...

    Sonralar  ondan uşağım  oldu.

                          *    *    *       

   Çaparaq   həmişəki  kimi  saat  onda  başladı.  Nəhəng  masanın  dövrəsinə  otuza  yaxın  müxbir  yığışdı. Çoxusu  cavan  ata  və analardı.  Elə  mən də  cavan  atayam. Bu  günə  olan   mühüm  xəbərlərin  müzakirəsi    planı  başladı.  Yorğunluğu  hələ  qaçmamış  baxışlar,  yuxudan  doymadığından  hələ    xumarlanan  göz  qapaqları,   danışan  səslərin  fonunda növbə  ilə  uğuldayan  əsnərtilər,  qızlardasa  makiyajın  oynaq  çalarına   uyuşmayan  süst  üzlər…, növbətçi  redaktor  isə  qeyd  edirdi.  Mən    redaktoram,  ancaq  içimdə  xəbərçilik  həvəsi    yanğısı  coşmur.  Ona  görə    ümumi  prosesdə  bir  o  qədər  məsulluq  daşımıram.   Yalnız  mənə  aid  olan  işləri  səliqə  ilə  görməyə  çalışıram.  Vəssalam.  Hə,  birdə,  indi   oxuduğunuz  hadisə  kimi  xırda   yazılarım  olur.  Mətləbdən  uzaqlaşmayaq.  Müxbirlər  bir – bir  çəkəcəyi  süjeti  bəyan  eləyib  çəkilişə  çıxırdılar.  Mən  qəzetlərin  arasında  eşələnirdim.  Səhifələrin  birindəki  şəkil  diqqətimi  cəlb  elədi. Yarımsəhralıqda  bir  zənci  körpəsi      bir  quzğun  təsvir  olunmuşdu.  Məqaləni  oxudum    dəhşətə  gəldim.  Möhkəm  təsirləndim.  Hiss  elədim  ki,  özümdən  asılı  olmayaraq    gözüm  yaşarır.  Uşaqlar  görməsin  deyə  başımı  aşağı  dikdim.  Gözüm  yenə  şəklə  sataşdı.  Ürəyim  parçalandı.  Gözümün ağına  yaş təbəqəsi yığıldı.  Lakin  tez  özümü  yığışdırdım.  Bu  fotoya  görə  Pulitser  mükafatı  alan  fotoqraf  Kevin   Karter  sonralar  intihar  eləmişdi.  Karter  Afrikadan  fotoreportajlar  hazırlayırmış.  O  zaman  Afrikada   quraqlıq    vətəndaş  müharibələri  səbəbindən dəhşətli  aclıq  hökm  sürürdü.  Karter  çox  yerdə  olur.  Bir  dəfə    Sudan  qaçqınlarının  köçünə  rast  gəlir.  Onlar  aclıq    susuzluqdan   ölməkdə  olan  iki  yaşlı  körpə  qızı  atıb  gedirlər.  Köçü  izləyən   quzğun  körpənin  yanında  dayanıb  ölməyini  gözləyir.  Kevin  şəkli  bu  vaxt  çəkir. Karterin   fotosuna  dahiyanə  desələr  də,  özünü  insana  xas  olmayan  alçaqlıqda  ittiham  eləyirlər.  Sonra  onun  həyatında  böhranlar  yaranır    o,  intihar  eləyir…

   Aman   Allah,    dəhşətdi…,  gözüm  hər   dəfə    hissiz – heysiz  torpağa  düşüb   qalan  körpəyə  sataşanda  udlağımı   qəhər  sıxırdı,  güclə  özümü  yığışdırıb  gözlərimi  döyürdüm  ki,  alacalanmasın. Qüssəmi   yanımda  oturub  qəzet  oxuyan    yoldaşlarımla  paylaşmaq  istədim.  Gənc  analar    atalar  fotonun  üzərinə  yığışdılar.  Hamı  təsirləndi.  Oğlanlar  susub  baxırdılar,  qızlarsa  şəkil  barədə  nəsə  danışır,  bir – birinə ucadan  rabitəsiz  izahatlar  verirdilər.  Sonra  da  çıxıb  getdilər. Sudanlı  qızcığazın    şəkli,  pıçıltıyla  mütəəssir  olduğunu  deyən  oğlanların  əlində  isə  çox  gəzdi.  Qızların  soyuqqanlı,  bir  qədər  «qəlbsiz»  reaksiyası  məni  təəccübləndirdi.

     Aradan  bir  neçə  gün  keçdi.  Divar  boyu  kompüterlər  düzülmüş böyük xəbərlər  otağında   öz    stolumun  arxasında  oturmuşdum. Birdən    aparıcı  qızlardın  biri   hönkürtüylə  ağlaya – ağlaya  içəri  girdi.  Otaqdakı  qızlar  dərhal  onun  başına  toplaşdı.  Mən    bir  neçə   oğlan    yoldaşım  təəccüblə  gözlərimizi  döyürdük.   Heç  bir  dəqiqə  keçmədi,  ağlaya – ağlaya   başqa  bir  qız   otağa  girdi.  Onun  dalınca  gələn  qız  da  ağlayırdı.  Deyəsən    hönkürənlərin   başına  toplaşan   qızlar   məsələdən  agah  oldu.  Çünki  onların  da  gözünün  yaşı  sel  kimi  axmağa  başladı.  Biz  oğlanlar  təəccüblə  baxışdıq.   Ən  tez  sakitləşən  qızlardan  biri   bizə  yaxınlaşıb     baş  verdiyini  hıçqıra – hıçqıra  izah  elədi:  Səhər  tezdən  daxil  olan  məlumata  görə  avtovğzalda  bir  gənc    yaramaz  ana  üçaylıq  körpəsini  soyuq  səkiyə   atıb  qaçıb.   Müxbir  qızlardan  biri   ora     çəkilişə  gedib.   Ağlaya – ağlaya   körpəni   çəkib,  hadisə  yerinə  toplaşanların  içində  körpəyə  analıq  eləmək  istəyən  qadından  müsahibə  alıb.  İşə  qayıdandan  sonra  gördüklərini   qızlara danışıb.  Beləliklə    ağlaşma  başlayıb.   Qızlar  artıq  sakitləşmişdilər.  Onlardan  bir  neçəsi  körpəni  övladlığa  götürməyə  hazır  olduqlarını  söylədi.  Bir   azdan   xəbərlər  başladı    biz  həmin   süjetə  baxdıq.  Mən  diqqət  yetirdim  ki,  körpənin  kadrları  oğlanları  daha  mütəəssir  elədi,  nəinki   qızları.  Hardasa  oxuduğum  bir  deyim  yadıma   düşdü:  «Kişilər  gözüylə,   qadınlarsa  qulağıyla  sevir.»  Yəqin  ki,  bu  kiçik  hekayəti  qız  yazsaydı,  həmin  deyimi  oxuduğunu  yox,  eşitdiyini  deyərdi.

  

                                                      *    *    *  

 

    Mən   bir   dəfə   eşitmişdim   ki,  hansısa  ölkədə    “açıq   qapılar  günü”    bayramı  keçirilir.  Həmin   gün   hamı  səhərdən  axşama  kimi     evlərin   qapısını  açıq  qoyur.  Taybatay   açıq.  Çernobılda   isə   ilin  hər  günü  qapılar   açıqdı.  Taybatay   açıq.

                                                           *    *    *

     Tutalım,  yetmiş  illik sovetlərin ateist  cahilliyindən  qurtulduq,  bütün  şirkləri  anladıq    (guya)  inkar  elədik,  yaxşı,  bəs  onda,  dostlar,    pul  büt  deyilmi?

                                                          *    *    * 

     Avtobusda  qoca kişi  oturmuşdu.  Hər  iki  əlini   yırğalanan  əsanın  üstə  cütləmişdi.  Arıq  üzü  vardı.  Yalqızlıq  çökən  bulanıq  gözləri   yol  çəkirdi.    Müti  baxışların   dərinliyində  donan   qorxu   rəhmət  diləyirdi.  Avtobusa  olduqca  yaraşıqlı  gənc   qız  mindi,  qocayla  üzbəüz  oturdu.   Onu  diqqətlə  həm    qadına  xas  olmayan   cürətlə  süzdü.  Ümumiyyətlə    qızın   açıq – saçıq   geyimində,  sərbəst  hərəkətlərində   cərasət  vardı.  Salonda hamıya  bir – bir  göz  gəzdirdi. Sakit  baxışlarında   saflıq,   mərdanəlik   hiss    olunurdu.   Bayaqdan   hərisliklə  baxan   cavan   oğlanlar  deyəsən  qızla  göz – gözə  gəlməkdən  çəkindilər.  Bu  qıza   şərqli  demək   olmazdı,  heç  qərbliyə    oxşamırdı.  Şərq – Qərb  sivilizasiyasının   tandemi    deyildi.  O,  qloballaşma  dediyimiz  yeni  dünyadərkinə  yaxın  tipdi.   Düşəndə  qocanın  çiyninə  əlini  qoyub  mərhəmətlə  baxdı    sürücüyə  yanaşıb  dedi:      Mənim,   birdə  qocanın   pulunu  çıx.  Sürücü   qalığı  qaytaranda  ona  barmağını  silkələyib  amiranə  tərzdə  dedi:      Bax  ha,   qocadan   pul  almayasan.

   ...  cürətli   addımlarla  uzaqlaşdı.

                                                        *    *    *

     Azacıq  qırışan    yatağın   ağında  gündən  qaralmış  qüvvətli  qolla   bəyaz  zərif  qolun  ovucları  üst – üstəydi. Çöldə  quşlar  səhər  nəğməsini  oxuyurdu.   Pəncərədən  düşən   sübh  şəfəqinin   zolağı  ovuclara  tərəf  uzanırdı.  Çatdı.   Ovucun  biri tərpəndi. Gözqamaşdıran  şüa  içəri  doldu.  Onların    arasında   totuş  körpə  ovucu  vardı...

                                                           *    *    *

     Totuş  körpə  əli  qırmızı   alma – daxıla  qəpik  saldı.  Cirink!!!

                                                         *    *    *

        Etiraz   aksiyası  keçirmək  üçün  yüzdən  çox  adam  toplaşdı.  Qızmar  yay  günü   idi.  Hamı   Milli  Məclisə   üz  tutdu.  Gəlib  çatdılar. Hündür  binanın  iri  pəncərələrinə  büs – bütün  kardon  vurulmuşdu. Divarboyu mərtəbə – mərtəbə   dəmir  çərçivə  qurulmuşdu.   Üstünə  ayaqaltı  taxtalar  düzülmüşdü.  Orda    fəhlələr  dayanıb  divarı   qaşıyırdı. Aksiyaçılar   qışqırışmağa  başladı.  Narazı  şüarlar  səsləndi. İstidən ağzıaçıq  qalan   fəhlələrin   biri  hissiz – duyğusuz   aşağı  boylandı.  İlğım   kimi  alacalanan    dalğalanan boz  mənzərəni  süzdü.  Sonra  etinasızca   işinə  davam  elədi.       İzdihamdan  bir  az  aralı   ağacların   altındakı  skamyada   bir   neçə  polis  oturmuşdu.  Tənbəl – tənbəl  əsnəyib  mürgüləyirdilər.   Aksiyaçıların  səsi  yüksələndə  göz  qapaqlarını  zorla  aralayıb  narazı – narazı  onlara  baxırdılar.   İsti   yürüşə  çıxanların  da  heyini  kəsmişdi.  Çılğın  şüarlar  indi  narazı  uğultuyla  əvəzlənmişdi.

   Milli   Məclis     təmirdə  idi...

                                                             *    *    * 

    Hər   yeni   gün   günahlar  da  təzələnir.   Fanilik  Allah – təalanın  rəhmətidi.

                                                              *    *    *

    Hər  ötən  gün   arxivlərə  Yerin  özü   barədə   sonsuz    media  fayllar   yığılır.  Orda  Göy    barədə   çox   az  şey   taparsan.

                                                          *    *    *

      Yer  üzündəki   bütün  avtomobillər   təkərə  vurulan   hava   üzərində  dayanır.

                                                           *    *    *

    Ömrün  sonuna  bənzəyən  bir  payız  axşamı  iki  qoca  kişi,  yol  qırağındakı  arxın  üstünə  əyilib  heyrətlə  nəyəsə   baxırdı.  Bunlar  işıldaböcəklər  idi.  Yola  düzələndə  getdikcə  uzanan  sükutu   qocalardan  biri   pozdu:     Axırıncı  dəfə  işıldaböcəyi,  əlli – altmış  il   əvvəl  görmüşdüm.

                                                             *    *    *

     Çaydanın  astadan  üfürdüyü  mehlə  birgə havaya  seyrələn  fit,  elə  sükutun  səsinə  bənzəyir.

                                                             *    *   

     Ünsüz   mağarada  artıq    qədər  yaşadığını  unudan  guşənişin,  köhnə  saqqalının  saralan  tüklərini  qıvıra – qıvıra  bir  dəfə  belə   dedi:    Hətta   sükutun  səsi    ağcaqanad  vızıltısı  kimi   bezdirir.

                                                          *    *    *

     Onun  yaşı  ötmüşdü.  Subay  idi.  Pis  qazanmırdı.   Qəribə  adəti  vardı.  Pulunun çoxunu  bahalı  kişi  ətirlərinə  xərcləyirdi.   Ətirlənməyi  çox  sevirdi.  Həmişə  üstündə  qoşa  ətir  gəzdirər    harda  olardısa,  cibindən  çıradıb  çiləyirdi.  Tanıyanlar,  özü  olmasada artıq getdiyi  yerdə qalan  ətirdən  orda  olduğunu  bilirdi.

                                                          *    *    *

     Saçına  dən  düşən  cavan  yazıçı  kompüterdə  işləyirdi.  O,  hər  dəfə  yazmazdan  əvvəl   monitorun  ağında  ...  qoyurdu.  Beləcə  titrək  kursiv, bir – bir  peyda  olan    sözlərin  sehriylə  ... – ni,  dünəni  itələyən  sabah  kimi  aparırdı.  ...     ...     ...     ...     ...    ...    ...   

                                                      *    *    * 

     Parlaq     soyuq  payız  günəşinin   göz  qamaşdırdığı   küçədə  əvvəlcə  tükürpədən  əyləc  səsi,  gumbultu  dalınca  da  qışqırıq  eşidildi.  Yolun  ortasında  bir  nəfər  tirtap  uzanmışdı.  Vuran  avtomobilsə  qəzəbli – qəzəbli  nərildəyib  ordan  qaçdı.  Vurulan  adamın  ətrafında  xırda  izdiham  yarandı.  Bir  azdan    polis    təcili  yardım  gəldi.  Həkim  bir  mənalı  başını  tərpətdi.  O,  keçinmişdi.   Ölənin  cibindən  yaylıq,  xırda  pul,  kimlik     mobil  telefon  çıxdı.  Polis    xəbər  vermək  üçün   telefon  kitabçasında   onun  qohumlarını  aramaq  istədi.  Kitabçada  cəmi  bir  ünvan  var  idi    «ev»  yazılmışdı.  Maraqlı  burasıydı  ki,  «son  zənglər»  səhifəsindəki  ünvan  da  yalnız  «ev»  idi.  Mərhum  bir  neçə  ay  ərzində  hər  gün  «ev»ə  azı   on  dəfə  zəng  vururmuş.  Hamısı  da  cavabsızdı.  Daxil  olan  zənglər  səhifəsi  isə   tamam  boşdu.  Polis  «ev»i  yığdı,  xeyli  gözlədi,  cavab  verən  olmadı.  Kimliyə  əsasən  ölənin  ünvanı  müəyyənləşdirildi.  Əməliyyatçılar  ora  yollandı.   Qapının  zənginə  heç  kim  cavab  vermədi.  Qonşular  onu  tanımadığını  dedilər.   Araşdırmalar  başlandı.  Sonda  məlum  oldu  ki,  mərhum   uşaqlıqdan   yetim  qalıb,     həmişə   tək   yaşayıb…        

 


Bookmark and Share

Açar sözlər:

Yazar: pervizyusif | Tarix: May 30, 2008 15:40 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 81

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha